Cümə axşamı, 09 May

Erməni mediası: "Zaxarovaya yerini göstərmək lazımdır"

image

Ermənistanın məşhur nəşrlərindən olan "Hraparak" Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı sərt şəkildə tənqid edib. Rusiya rəsmisini və ümumilikdə hakim dairələri hədəfə alan məqalə Zaxarovanın qəzetdən təkzib tələb etməsindən sonra dərc edilib. 

Xəbər verilir ki, “Hraparak” bir neçə gün öncə Rusiya səfiri Sergey Kopırginin İrəvandan geri çağırılması ilə bağlı məlumat yaymışdı. Dünən Mariya Zaxarova Moskvanın İrəvandakı səfiri geri çağırmadığını bəyan etdi. Zaxarova həmçinin nəşrdən bu məlumatı təkzib etməyi tələb edərək qəzetə iki gün möhlət verdi ki, erməni mətbu orqanı yaydığı xəbərin dezinformasiya olduğunu etiraf etsin.

- Çünki saxta xəbər yayıblar. Bu, doğru deyil, bu dezinformasiyadır. Məlumat reallığa uyğun gəlmir,- XİN rəsmisi deyib.

Diplomat Rusiyanın Ermənistandakı səfirinin fəaliyyətini davam etdirdiyini və ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqları yerinə yetirdiyini bəyan edib. 

Bu gün isə erməni nəşri Rusiya XİN nümayəndəsinə cavab olaraq “Zaxarovaya yerini göstərmək lazımdır” başlıqlı geniş məqalə dərc edib.

- Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi mətbuat konfransında Ermənistandakı səfirin geri çağırılmasına toxunaraq, bir neçə gün əvvəl yazdığımız məqaləni təkzib etmək üçün bizə iki gün vaxt verəcəyini bildirib... Yəqin ki, ilk dəfədir ki, Rusiya dövlət məmuru onların ərazisində fəaliyyət göstərməyən KİV haqqında belə ultimatum dili ilə danışır. "Hraparak" bu görünməmiş addıma elə həmin gün reaksiya verdi. Lakin bəzi mülahizələrimizi qeyd etmək istərdik.

Əslində Mariya Zaxarovanın başqa bir suveren dövlətdə çalışan mediaya ultimatum verməsində həm Ermənistan hökuməti, həm də onun ağzından çıxan hər sözü dərc edən media günahkardır. Rusiyarejiminin nəzarətində olmayan media resurslarında isə bu qadın və onun lideri haqqında çoxlu ifşalar -xaricdə milyonlarla dollarlıq əmlak və pul hesabları, ofşor əməliyyatlar və s. olması haqqında məlumatlar gedir. Bu informasiyaları yalançı tərəfdaşlıq və ya vassal sədaqətinə görə erməni mediasında dərc etmirlər.

Mariya Zaxarova öz zamanının və mühitinin, yəni bütün ideoloji mahiyyəti ilə Rusiyadakı mövcud rejimin məhsuludur. Başqa sözlə, Zaxarova bu gün Ermənistana “arxa həyət” – forpost kimi baxıldığı, erməni mediasının isə tabeçiliyində olan, ultimatumla danışıla bilən resurs sayıldığı Putin Rusiyasında hökm sürən imperiya təfəkkürünün tipik daşıyıcısıdır. Bu, başqa sözlə, bugünkü rus siyasi elitasının, ideoloji inancının mahiyyətidir və Zaxarova sadəcə olaraq başqa cür özünü ifadə edə bilməzdi. Çünki əsl rus ruhu, nəzakəti və tədbirliliyi indiki rejimə rəhbərlik edən rus üçün xarakterik deyil.

Məqalədə qeyd edilir ki, ermənilər bugünkü Rusiyanı yanlış anlayırlar və bu situasiya ilə də rus siyasi elitasına yanlış münasibət bəsləyirlər. Müəllif yazır ki, Rusiya rus dövlətçiliyi, mədəniyyəti və böyük rus xalqı ilə birlikdə başqa bir anlayışdır. İndiki Rusiya rejiminin isə bütün bunlarla heç bir əlaqəsi yoxdur. 

- Yəni bu o demək deyil ki, biz Rusiyanı bir ölkə kimi sevməməliyik, rus mədəniyyətini, istər xristianlıqdan əvvəlki, istərsə də pravoslavlıq dövründəki zamanına hörmət etməməliyik. Bizim dostumuz və ya müttəfiqimiz indiki rejim deyil, dünyanın mütərəqqi ölkələrinin getdikcə əlaqəsini itirdiyi Rusiyadır.

Əmin ola bilərsiniz ki, Zaxarova hər hansı gürcü və ya Ukrayna, hətta Azərbaycanla türk mediası haqqında belə bir ultimatumla danışmağa cəsarət etməyəcək.

Və nəhayət, bu, əslində təkcə “Hraparak”a deyil, bütün erməni media sahəsinə hücumdur. Çünki əgər indidən adekvat cavab verilməsə, bu gün “Hraparak”a edilənlər, sabah başqa media qurumunun başına gələ bilər və onda çətin olacaq. 

Ermənistanın aparıcı mətbu orqanlarından birində Rusiya rəsmisinin əleyhinə olan belə sərt məqalənin dərci doğrudan da heyrət doğurur. Çünki erməni naşükürlüyü mediada da özünü aşkar şəkildə büruzə verir. Bu həmin erməni mətbuatıdır ki, İkinci Qarabağ müharibəsindən sonra “Kreml, müttəfiqimiz olmasaydı, Azərbaycan ordusu İrəvanda oturmuşdu” başlıqlı məqalələri sıralayıb Moskvaya təşəkkürlər yağdırırdılar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32